İmran Xan çevriliş edəcək - FOTOLAR

İmran Xan çevriliş edəcək - FOTOLAR<span class="qirmizi"></span>

Pakistanın istefaya məcbur edilən sabiq baş naziri İmran Xan indiki hakimiyyətin lideri Şahbaz Şərifi təhdid edib.
Teref.az-ın yazdığına görə, Cebhe.info xəbər verir ki, İmran Xan mesajında yeni seçkilər üçün 6 gün möhlət verib: "Əks təqdirdə 2 miyon insanla paytaxt İslamabada girərəm".
“CNN International”- ın xəbərinə görə, sabiq baş nazir Pakistanın ABŞ-da planlaşdırılan əcnəbi komplo tərəfindən idarə olnduğunu deyib.
Sabiq baş nazirin "Bu idxal hökumətə seçki elan etməsi üçün 6 gün möhlət verirəm. Əks təqdirdə 2 milyon insanla təkrar İslamabaddayıq" deməsi geniş müzakirəyə səbəb olub. ABŞ və indiki Pakistan hökumətinə qarşı dəstək aldığını deyən İmran Xan seçki olmayacağı təqdirdə ölkədə baş verəcəklərin anonsunu verib.
Xatırladaq ki, parlamentdə 10 apreldə keçirilən etimad səsverməsində İmran Xan hökuməti səs toplaya bilmədi. Ölkədə 3 dönəm baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif 11 apreldə parlamentdə keçirilən seçkidə 174 səslə Baş nazir seçildi.
İmran xana etimadsızlığa səbəb Rusiyanın 24 fevralda Ukraynada başlatdığı müharibə ərəfəsində Vladimir Putinlə görüşü olmuşdi. Bu, Qərbdə böyük narahatıq yaratmışdı.

Mənbə: teref.az