Böyük Britaniyada yaşayan rusiyalı iş adamına qarşı cinayət işi açıldı - MARAQLI SƏBƏB...

Böyük Britaniyada yaşayan rusiyalı iş adamına qarşı cinayət işi açıldı - MARAQLI SƏBƏB...<span class="qirmizi"></span>

Böyük Britaniyada yaşayan rusiyalı iş adamı Pyotr Avenə qarşı ingilis polisi cinayət işi açılıb.

 

Aven ona qarşı tətbiq edilən sanksiyalardan yan keçməyə cəhddə ittiham olunur. Tətbiq olunan sanksiyaya görə, Avenə malik olduğu sərvətdən ay ərzində cəmi 2,5 min funt-sterlinqdən çox pul xərcləməyə icazə verilir. Ancaq rusiyalı iş adamı daha çox pul xərcləyir və sanksiyaları pozur. Buna görə Avenə qarşı cinayət işi açılıb.

 

Qeyd edək ki, Alfabankın keçmiş prezidenti, “Alfa-Qrup” konsorsiumunun Müşahidəçilər Şurasının üzvü olan Pyotr Avenin sərvəti 5 milyard dollara yaxındır. Ancaq indi ona qarşı sanksiya tətbiq olunub və ay ərzində cəmi 2.5 min funt-sterlinq xərcləyə bilər. Bundan artıq xərcləmək isə cinayət məsuliyyəti yaradır.

Mənbə: moderator.az