Türkiyədə Azərbaycan hərbçilərinin qatıldığı təlimin növbəti mərhələsi başlayır

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan hərbçilərinin iştirakı ilə keçirdiyi “Efes-2022” təliminin növbəti mərhələsi iyunun ikinci həftəsində keçiriləcək.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Egey bölgəsində ABŞ helikopterləri, haubitsaları və zirehli texnikası, həmçinin İtaliya, Azərbaycan, Bosniya və Herseqovina, Şimali Makedoniya hərbçiləri, Pakistan, Albaniya, Qazaxıstan, Qırğızıstanın həb gəmiləri iştirak edəcək.

Təlimə 37 ölkədən mindən çox əcnəbi hərbçi qatılacaq. Egey bölgəsindəki ən böyük müştərək manevr olan “Efes-2022” cari ildə Türkiyə Silahlı Qüvvələrinin bölmələri və ümumilikdə 10 mindən çox şəxsi heyətin iştirakı planlaşdırılır.

2016-cı ildə 8 ölkənin, 2018-ci ildə isə 20 ölkə iştirak etdiyi halda, bu il 37 ölkənin qatılacağı “Efes-2022” ən iri miqyaslı təlim olacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Böyük Britaniyada yaşayan rusiyalı iş adamına qarşı cinayət işi açıldı - MARAQLI SƏBƏB...

SONRAKI XƏBƏR

Bakıda quldurluğa görə axtarışda olan şəxs tutuldu: Üzərindən tapança çıxdı - FOTO