Türkiyə seçkiyə gedir? - FOTOLAR


Türkiyədə yeni seçkilərlə bağlı müzakirələr genişlənib.
AKP hökumətinin “2022-ci ilin qışından çıxmayacağı" bildirilərkən, artıq yeni seçki üçün tarix də verilib.
Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ana müxalifət olan CHP-nin lideri Kamal Kılıcdaroğlu "seçki gözləyirəm" açıqlaması ilə çıxış edib.
Ölkədə iqtisadı problemlər fonunda seçki müzakirələri getdikcə qızışır. Siyasi dairələrdə AKP-nin Türkiyəni 2023-cü ilə çıxarmayacağına dair iddialar dolaşır. Bir müddət əvvəl "İqtidar bu iqtisadi tablo ilə 2022-ci ilin qışını çıxartmaz",- deyən CHP lideri Kamal Kılıcdaroğlu da "Payızda seçki gözləyirəm, iqtisadiyyatı düzəldə bilməzlər" açıqlaması iə gündəmə gəlib.
Erkən seçki gözləntisi olan başqa bir siyasətçi də CHP qrup başqan vəkili Özgür Özəldir. O, AKP-nin mövcud şərtlərdə iqtidara davam edəcəyi təqdirdə 2023-cü il içində millət vəkillərini itirəcəyini və bu sayın 200-dən də az olacağını deyib: "Bunu əngəlləmək üçün erkən seçkiyə gedər. Türkiyə Böyük Millət Məclisinin 401 yerinin AKP-MHP-dən kənar formalaşması Divan qapısının da açılması deməkdir. Bunu gözə almazlar, şərtlər daha da ağırlaşmadan seçki tarixini əvvələ çəkə bilərlər".
Prezident Ərdoğanı növbədənkənar seçkiyə məcbur edə biləcək başqa bir məqam isə qanunlara görə namizəd olub-olmayacağıdır. Konstitusiyaya görə, bir şəxs prezidentliyə ən çox 2 dəfə namizəd ola bilər. Ancaq hər hansı bir erkən seçkidə bu şərt ortadan qalxır.
İYİ Partiyanın sədrinin baş müşaviri və İzmit millət vəkili Altun Çıray da erkən seçki ilə bağlı açıqlama verib. "Biz bu günə qədər hər zaman erkən seçki istədik. Amma seçkidə sandıqların (səsvermə qutuları-red.) güvənliyini təmin etmək çox önəmidir",-deyib.


Teref.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda görməyə alışmadığımız mənzərə: Məktəbli avtobusda... - FOTO

SONRAKI XƏBƏR

"Liverpul" Kurtuaya görə uduzdu" - Venger