Mümkün olan hər yerdə əks-hücuma keçmişik - Bojko

Mümkün olan hər yerdə əks-hücuma keçmişik - Bojko<span class="qirmizi"></span>

Ukrayna Silahlı Qüvvələri mümkün və zəruri olan bütün ərazilərdə əks-hücum əməliyyatları aparır.

Axar.az xəbər verir ki, bunu “Şərq” Operativ Komandanlığının rəsmisi İlko Bojko deyib.

Onun sözlərinə görə, ukraynalı hərbçiləri düşmənin qarşısını almaq üçün hər şeyi edirlər.

“Ukrayna Silahlı Qüvvələri düşməni nəinki dayandırmaq, həm də onun dağıdıcı fəaliyyətinin qarşısını almaq üçün bütün imkanlardan istifadə edəcək”, - Bojko bildirib.

Mənbə: axar.az