Zəngilana həyat qayıdır! - VİDEO

Zəngilana həyat qayıdır! - VİDEO<span class="qirmizi"></span>

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

“Ağıllı kənd” təsərrüfatı idarəetmə sistemində də ən müasir texnoloji yeniliklər tətbiq olunacaq. Burada yaradılacaq iqlim stansiyaları bitki xəstəlikləri ilə bağlı erkən xəbərdarlıq əldə etməyə, suvarmanı planlı şəkildə aparmağa və hava məlumatını almağa imkan verəcək.

Ərazidə "Giriş Tağı" adlanan bina da diqqətimizi çəkdi. Binada maraqlı detal isə ondan ibarətdir ki...

Ağalı kəndində təhsil və tərbiyə sahəsi də unudulmayıb. Ərazidə orta məktəb və bağça da fəaliyyət göstərəcək.

Həmçinin, kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi də yaradılıb.

Mənbə: www.realtv.az