“Bu gün Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Moldova Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik”,
“Report” xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə paylaşımında yer alıb.
Mənbə: report.az