Ərdoğan: “İlham Əliyevlə ikitərəfli münasibətləri və Qarabağ qələbəsindən sonra vəziyyəti nəzərdən keçirdik”

“Səfərim zamanı biz cənab Əliyevlə əla ikitərəfli münasibətlərimizi və Qarabağ qələbəsindən sonra regionumuzdakı vəziyyəti nəzərdən keçirdik. Nümayəndə heyətimdəki nazir həmkarlarım da həmsöhbətləri ilə məhsuldar görüşlər keçirdilər ki, bu da gələcək dövr üçün əməkdaşlığımızı gücləndirəcək”.

“Report” xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

“Nəqliyyat əlaqələrinin qurulması, urbanizasiya və Qarabağın istehsal dünyası ilə reinteqrasiyasına dəstəyimiz davam edəcək. Müvafiq qurumlarımız şirkətlərimizlə birlikdə kənd təsərrüfatı torpaqlarının bərpası üçün azərbaycanlı həmkarları ilə birgə fəaliyyətlərini davam etdirəcəklər. Bununla da azərbaycanlı qardaşlarımızın illərdir həsrətində olduqları ata-baba torpaqlarına qovuşmasına öz töhfəmizi vermiş olacağıq”, - Türkiyə lideri deyib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Britaniya üçün gələn il Şengen razılaşmasının vaxtı bitir

SONRAKI XƏBƏR

Türkiyə Prezidenti sabah Putin və Zelenski ilə danışacaq