Rusiya qalib gəlsə, dünya təhlükədə olacaq - Podolyak

Rusiya qalib gəlsə, dünya təhlükədə olacaq - Podolyak<span class="qirmizi"></span>

Əgər Rusiya Ukraynada qalib gəlsə, bütün dünya təhlükədə olacaq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun sözlərinə görə, Ukraynadakı müharibə lokal münaqişə və ya humanitar böhran deyil, sabah dünyanın necə olacağı məsələsidir:

“Rusiyanın qalib gəlməsinə icazə vermək “Pandoranın qutusu”nu açıb bəşəriyyəti qaranlıq dövrlərə qaytarmaq deməkdir. Hər bir avtokrat ərazi münaqişələri törədə, ölkələri ələ keçirə, xalqları məhv edə bilər. Bunu dayandırmaq sivil ölkələrin ümumi missiyasıdır. Hələ vaxt var, amma tələsmək lazımdır”, - Podolyak bildirib.

Mənbə: axar.az