Ukraynaya 152 milyonluq hərbi yardım göndərmişik - Çexiya

Ukraynaya 152 milyonluq hərbi yardım göndərmişik - Çexiya<span class="qirmizi"></span>

Çexiya hökuməti indiyədək Ukraynaya ümumi dəyəri 152,1 milyon dollarlıq hərbi yardım göndərib.

Axar.az xəbər verir ki, bunu Çexiya müdafiə naziri Yana Çernoxova deyib.

“Yaxın günlərdə hökumətə Ukraynaya 25-30 milyon dollar dəyərində yeni tədarüklərin həyata keçirilməsini təqdim edəcəyik”, - Çernoxova bildirib.

Nazirin sözlərinə görə, çexiya Ukraynaya əsasən ağır hərbi texnika göndərir.

Mənbə: axar.az