Moldovada fövqəladə vəziyyət rejimi daha 45 gün uzadılıb

Moldovada fövqəladə vəziyyət rejimi daha 45 gün uzadılıb<span class="qirmizi"></span>

Moldova Parlamenti iyunun 24-də başa çatacaq fövqəladə vəziyyət rejimini Ukraynadakı vəziyyətlə əlaqədar daha 45 gün uzadıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu qərar Moldova Parlamentinin iclasında qəbul edilib.

“Faktlar göstərir ki, qonşu ölkədə hərbi əməliyyatlar səngimir. Odur ki, Moldova Respublikası üçün təhlükəsizlik, o cümlədən iqtisadi, enerji, humanitar və hərbi risklər qalır. Bu vəziyyətdə fövqəladə vəziyyət rejiminin uzadılmasını məqsədəuyğun hesab edirik”, - Moldovanın Baş naziri Natalya Qavrilitsa deputatlar qarşısında çıxışında bildirib.

Mənbə: report.az