ABŞ Ukraynaya F-16 verir? – Qanun layihəsi

ABŞ Ukraynaya F-16 verir? – Qanun layihəsi<span class="qirmizi"></span>

Ukraynalı pilotların F-15, F-16 və digər təyyarələrdə təlim keçməsi ilə bağlı qanun layihəsi ABŞ Konqresinə təqdim edilib.

Axar.az xəbər verir ki, bu barədə amerikalı konqresmen Adam Kinzinger Tvitter səhifəsində yazıb.

“Bu kişilər Ukrayna Hərbi Hava Qüvvələrinin pilotlarıdır. Çoxları düşünürdü ki, onlar müharibənin ilk günü sıradan çıxacaqlar, amma onların hamısı ordadır. Mən NATO təyyarələrində təlim keçmək üçün qanun layihəsi təqdim etdim ki, onlar F-16-larda uça bilsinlər”, - Kinzinger bildirib.

Mənbə: axar.az