İngilislərin Türk Birliyində olmaq ARZUSU – London regionun yeni gücünü necə qiymətləndirir?

İngilislərin Türk Birliyində olmaq ARZUSU – London regionun yeni gücünü necə qiymətləndirir?<span class="qirmizi"></span>

 

“Getdikcə güclənən türk birliyinin perspektivi Londonu məcbur edir ki, həmin prosesin mərkəzində yer alsın”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Natiq Miri Qazaxıstan prezidenti Tokayevin demarşı, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri fonunda London-Ankara-Bakı-Mərkəzi Asiya əməkdaşlığının perspektivi, daha doğrusu anqlsakson-türk birliyinin yaranması ehtimalından danışarkən deyib.

Politoloq qeyd edir ki, regionda önə çıxan əsas güc mərkəzi Türk birliyidir ki, Londonda da bunu anlayırlar:


“İndi dünyanın yenidən şəkillənməsi prosesi gedir. Dünyanın dəyişməsi də adətən baş verən böyük hadisələrdən sonra yaranır. Yaranan güc mərkəzləri içərisində türk dünyasının birliyi məsələsi də ciddi şəkildə gündəmdədir.

Türk dünyasının inteqrasiyası prosesində baş verən gediş-gəlişlər bilavasitə bunun göstəricisidir. Azərbaycan Prezidentinin Özbəkistana səfəri və imzalanan səfərlər də göstərir ki, türk dünyasının birliyi yönündə mühüm addımlar atılmaqdadır.

Bu səfər də bir daha göstərdi ki, Özbəkistan türk zənciri daxilində ciddi həlqələrdən biri olacaq. Rusiya getdikcə zəifləyir. Bu ölkə yaxın 20 ildə ciddi güc mərkəzi olmayacaq. Belə olan təqdirdə, hər bir dövlət öz təhlükəsizlik sistemini daha zəmanəti və güclü mərkəzlərlə bağlamaq niyyətindədir. Regionda önə çıxan ən güclü güc mərkəzi isə Türk birliyidir.

Bu gəlişmədən anqlosakslar da xəbərdardır. Belədə getdikcə güclənən türk birliyinin perspektivini görən London da çalışacaq ki, həmin prosesin mərkəzində yer alsın. Britaniya məhz buna görə türk birliyilə əməkdaşlığın inkişafında maraqlı ola bilər”.
Ancaq bununla belə, həmsöhbətimiz anqlosakslara həmin prosesə nəzarət edə biləcək imkanların veriləcəyini düşünmür:

“Türk birliyinin buna ehtiyacı da qalmayacaq. Çünki artıq türk dövlətləri ciddi şəkildə müasir texnoloji inkişaf prosesinə start veriblər. Bunu Türkiyədə başladılan və Azərbaycanda davam etdirilən “Texnofest” inqilabında da gördük”.

Rüfət Sultan, Bizim.Media

Mənbə: bizim.media