İranın kəşfiyyatına yeni rəhbər təyin olundu

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyatına yeni rəhbər təyin olunub.

Manset.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, bu vəzifəyə briqada generalı Məhəmməd Kazemi təyin olunub.

Bildirilir ki, Kazemi uzun illər kəşfiyyat sahəsində çalışıb və ölkənin təhlükəsizlik məsələlərində böyük təcrübəyə malikdir.

Bununla yanaşı, 12 il ərzində SEPAH-ın kəşfiyyatına rəhbərlik edən Hossein Taeb isə korpusun baş komandanının müşaviri təyin edilib.

Xatırladaq ki, İran mediası Hossein Taebə qarşı sui-qəsd təşkil edildiyi barədə məlumat yayıb. O, xəstəxanaya yerləşdirilib. Onun hazırkı vəziyyəti barədə məlumat açıqlanmayıb.

 

Manset.az

ƏVVƏLKİ XƏBƏR

Moldovada fövqəladə vəziyyətin müddəti uzadılıb

SONRAKI XƏBƏR

Bakıda atasını öldürən şəxsə 5 il cəza verildi