Kişineu, 23 iyun, AZƏRTAC
Moldovada fövqəladə vəziyyət daha 45 gün müddətinə uzadılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Moldova Parlamenti qərar qəbul edib.
Qərarda qeyd olunur ki, fövqəladə vəziyyətin yenidən uzadılması Fövqəladə Hallar üzrə Milli Komissiyaya sərhəd təhlükəsizliyinin, ictimai asayişin təmin edilməsi, qaçqın axınının idarə edilməsi, qaçqın uşaqların təhsil müəssisələrinə yerləşdirilməsi, qaçqınların tibbi təminatı ilə bağlı qərarların qəbulunu davam etdirməyə imkan verəcək. Həmçinin, komissiya ölkədəki enerji böhranını və yükdaşımalarla bağlı böhranı idarə edə biləcək.
Qeyd edək ki, Ukrayna ərazisində başlanmış hərbi əməliyyatlardan sonra fevralın 24-dən Moldovada 60 gün müddətinə fövqəladə vəziyyət elan edilib. Daha sonra fövqəladə vəziyyət 60 gün müddətinə uzadılıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu