20 minə yaxın amerikalı Kiyevə kömək etmək istəyir

20 minə yaxın amerikalı Kiyevə kömək etmək istəyir<span class="qirmizi"></span>

 

“Ukraynanın Vaşinqtondakı səfirliyi Amerika vətəndaşlarını Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmək üçün cəlb edir. ABŞ-ın buna məhəl qoymaması göstərir ki, onlar Rusiyanı məğlub etmək üçün münaqişəni qızışdırmağa hazırdırlar”. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. Zaxarova əlavə edib ki, Amerika mediasının məlumatına görə, Rusiya hərbi əməliyyatı başlayandan sonra 20 minə yaxın amerikalı Kiyevə kömək etməyə hazır olduğunu bildirib və Ukrayna diplomatik missiyası 6 mindən çox müraciəti rəsmi olaraq qeydə alıb.



 

 

Mənbə: azvision.az