İrəvanda qalmaqallı qərar elan edildi

Ermənistan Ali Məhkəmə Şurasının səlahiyyətləri dayandırılmış sədri Ruben Vardazaryanın intizam məsuliyyətinə cəlb edilməsi ilə bağlı qərar qəbul edilib.

AZƏRTAC erməni mətbuatına istinadla bildirir ki, Ali Məhkəmə Şurasının sədri, İrəvanın Ümumi yurisdiksiyasının birinci instansiya məhkəməsinin hakimi Ruben Vardazaryanın səlahiyyətlərinə ciddi intizam pozuntusuna görə xitam verilib.

Qərar qəti olduğu və dərc edildiyi andan qüvvəyə mindiyindən səhhətində yaranmış problemlə əlaqədar yığıncağa qatılmayan Vardazaryanın hansısa hüquqi addımlar atmasının məhdudlaşdırılmasına cəhdlər də özünü gizlətmir.

Məhkəmə prosesinin bərpasına ümid etdiyini bildirən R.Vardazaryanın vəkili Aram Orbelyanın fikrincə, əks halda ədalətli məhkəmə araşdırması və insan hüquqları pozulmuş hesab edilir.

Xatırladaq ki, iyun ayının 20-də keçirdiyi mətbuat konfransında yayılan qalmaqallı səs yazısında Qaqik Canqiryan Vardazaryandan baş nazirin adından istefaya getməsini xahiş edib və bu halda ona qarşı cinayət təqibindən imtinaya zəmanət verib.

Yerli şərhçilər baş verən hadisənin Nikol Paşinyanın Ermənistanla bağlı yaratmaq istədiyi imici ciddi zədələyəcəyini təxmin edirlər.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

"Qaynana" filminin kadrarxası unikal görüntüləri - VİDEO

SONRAKI XƏBƏR

NATO-dan iki ölkəyə Türkiyə mesajı - "Bu məsələni həll edin"