Türkiyə XİN İsrailə təşəkkür edib

“Türkiyə və Şimali Kipr Türk Respublikasındakı meşə yanğınlarının qarşısının alınmasına İsrailin göstərdiyi diqqət və dəstəyə görə təşəkkür edirəm”.

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaraya səfər edən israilli həmkarı Yair Lapidlə görüşdən sonra birgə brifinqdə bildirib.

“Şimali Kipr Türk Respublikasında meşə yanğının söndürülməsi üçün İsrail 2 təyyarə göndərmək barədə qərar verib. Buna görə təşəkkürümüzü bildiririk. Bu gün “Türkiyə üçün də ehtiyac varmı?” soruşdular. Ehtiyac olarsa, əlaqə saxlayacağıq. Ancaq yenə də təklifə görə təşəkkür edirik”, - M.Çavuşoğlu vurğulayıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiya yeni nəsil freqatını dənizə buraxıb

SONRAKI XƏBƏR

Rüsum ləğv edildi, ət isə ucuzlaşmayacaq