Rusiya XİN isterika içindədir: Rus diplomatları üçün təyyarə ABŞ-a buraxılmadı...

Rusiya XİN isterika içindədir:   <span class="qirmizi">Rus diplomatları üçün təyyarə ABŞ-a buraxılmadı...</span>

"Amerika tərəfi Rusiya ilə onsuz da acınacaqlı durumda olan ikitərəfli münasibətləri planlı şəkildə dağıtmaqda davam edir"

"55 rusiyalı diplomatlardan hələ 2021-ci ildə ABŞ-ı tərk etmək tələb edilib"

"30-dan artıq ölkə, o cümlədən Avropa İttifaqının bütün üzv ölkələri öz səmasını Rusiyanın aviareysləri üçün qapadıb"

Amerika hakimiyyəti ABŞ-ı tərk etməli olan Rusiya diplomatları üçün nəzərdə tutulmuş xüsusi təyyarə ölkəyə buraxılmayıb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib. Məlumat nazirliyin saytında yerləşdirilib.

"Vaşinqton ölkəmizə qarşı növbəti düşmənçilik addımına yol verib, Rusiyanın Dövlət Aviasiyasının ölkənin xarici müəssisələrində olan əməkdaşları və onların ailə üzvlərinin Vətənə dönməsini təmin edəcək xüsusi reysinin enişinə uçuşuna icazə verməyib", - məlumatda belə deyilir.

Onun sözlərinə görə, "Amerika tərəfi onsuz da acınacaqlı vəziyyətdə olan ikitərəfli münasibətləri planlı şəkildə dağıtmaqda davam edir".

Zaxarova məlumat verib ki, "Amerika hakimiyyətinin belə dikbaş davranışı cavabsız qalmayacaq".

"Rusiyanın xüsusi reysinə icazə verilməyəcəyi təqdirdə bunun ardınca mütləq əkstədbirlər, o cümlədən asimmetrik xarakterli tədbirlər görüləcək", - o, bəyan edib.

Söhbət o diplomatlardan gedir ki, onlardan "ABŞ və Rusiyanın diplomatik missiyaları arasında paritetin təmin edilməsi" çərçivəsində Amerika hakimiyyəti 2021-ci ilin sentyabrında ölkəni tərk etməyi tələb edib.

O zaman Zaxarova deyib ki, Vaşinqton istəyir ki, ölkəni iki mərhələdə-2022-ci ilin yanvarın və iyunun 30-dək Rusiya nümayəndəliklərinin 55 əməkdaşı tərk etsin.

ABŞ Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən martın 2-də Rusiya təyyarələrinin öz ərazisi üzərindən uçuşlarına qadağa qoyub.

Fevralın sonunda Rusiyanın aviareyslərinə öz səmasını 30-dan artıq ölkə, o cümlədən Avropa İttifaqının bütün üzv ölkələri qapadıb.

Mənbə: moderator.az