ABŞ generalı müharibənin ortaya çıxardığı ən böyük sürprizi açıqlayıb


Rusiyanın Ukraynada hava üstünlüyü əldə edə bilməməsi müharibənin ən böyük sürprizlərindən biri hesab edilərkən ABŞ Hərbi Hava Qüvvələrinin yüksək səviyyəli generalı Çarlz Braun mövzu ilə bağlı təəccüblü açıqlamalar verib.
Bizimyol.info xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin yüksək rütbəli generalı Çarlz Braun bildirib ki, Ukraynanın əlində olan silahların çoxu Rusiyanın əlində olan silahlarla eynidir. “Deməli, Rusiya əslində Ukraynada öz silahları ilə üz-üzə qalıb. Gözlənilirdi ki, Rusiya öz silahlarının çoxunu bilsin və onları məğlub etməyin yolunu tapsın".
Məlumatda bildirilir ki, Qərbin ağır silah yardımına baxmayaraq, Ukrayna da digər keçmiş Sovet respublikaları kimi, hələ də əsasən Sovet istehsalı olan hərbi texnikadan istifadə edir. Məsələn, Ukraynanın müdafiə donanmasına Su-24 və Su-25 hücum təyyarələri, həmçinin MiQ-29 və Su-27 kimi döyüş təyyarələri daxildir, Rusiya isə bu qırıcı və hücum təyyarələrinin təkmilləşdirilmiş versiyalarından istifadə edir.
Ukrayna öz hərbi texnikası ilə yanaşı, bəziləri qonşu dövlətlərin hədiyyə etdiyi Sovet və ya Rusiya hava hücumundan müdafiə sistemləri, raketlərindən də istifadə edir.
Ukrayna əsgərlərinin sovet istehsalı olan S-300 hava hücumundan müdafiə sistemi ilə Rusiya təyyarələrini vurduğu məlum olsa da, Rusiya pilotlarının dizayn etdikləri sistemin təhlükəsizlik zəifliklərini bilməməsi son günlərin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.
Müharibə başlayandan bəri Rusiyanın Ukraynada irimiqyaslı hava əməliyyatlarının olmaması müşahidəçiləri çaşdırıb və hərbi analitiklər Rusiya Hərbi Hava Qüvvələrinin əvvəllər düşünüldüyü qədər bacarıqlı olmadığını irəli sürüblər.
General Braun mövzu ilə bağlı qiymətləndirməsində Rusiyanın Ukraynadakı performansını ABŞ ordusunun 1991-ci ildə birinci Körfəz Müharibəsindəki performansı ilə müqayisə edərək “təmizləmək istədiyimiz bölgələrdə əvvəlcə hava üstünlüyü əldə etdik. Amma Rusiya belə işləmir. Rusiya Ukraynanın hava hücumundan müdafiəsinə mane olmasa, onun qoşunlarının olduqları yerdən çox uzağa getməsi mümkün deyil”,- deyə bildirib.
Braun vurğulayıb ki, minlərlə portativ silahla, o cümlədən NATO ölkələrinin tədarük etdiyi ABŞ istehsalı olan “Stinger” raketləri ilə dəstəklənən Ukrayna Ordusu indi daha dinamikdir və bu, Rusiya üçün işləri daha da çətinləşdirir.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

Avroliqanın qalibi 29 yaşında karyerasını bitirdi

SONRAKI XƏBƏR

Ukraynadan sonra rusların hədəfi bilindi – Baltikyanı...?