Şoyqu elan etdi: Belarus təcili olaraq..


Rusiya və Belarus İttifaq dövlətinin müdafiə qabiliyyətini gücləndirmək üçün təcili birgə tədbirlər görməlidir.
Publika.az xəbər verir ki, bu çağırışı Rusiyanın Müdafiə naziri Sergey Şoyqu belaruslu həmkarı Viktor Xrenin ilə Moskvada görüşündə səsləndirib.
Rusiyalı nazir indiki şəraitdə bu məsələnin getdikcə aktuallaşdığını vurğulayıb.
“Vəziyyət İttifaq dövlətinin müdafiə qabiliyyətinin gücləndirilməsi, qoşunların regional qruplaşmasının və vahid regional hava hücumundan müdafiə sisteminin döyüş hazırlığının artırılması üçün təcili birgə tədbirlərin görülməsi zərurətini diktə edir” - Şoyqu bildirib.
S.Şoyqu həmçinin əlavə edib ki, Rusiya tərəfi bu məsələdə “belarus dostlarına istənilən dəstəyi” verməyə hazırdır.

Teref.az

ƏVVƏLKİ XƏBƏR

“Bu sərvət sizdə hardandır?” – bir vaxtlar varlılardan belə soruşardılar

SONRAKI XƏBƏR

Türkiyə və ABŞ prezidentlərinin nümayəndələri telefonla DANIŞDI