Azərbaycan və İndoneziya ticarət və turizm sahələrində əməkdaşlığı genişləndirəcək

Azərbaycan və İndoneziya ticarət və turizm sahələrində əməkdaşlığı genişləndirəcək<span class="qirmizi"></span>

Azərbaycan və İndoneziya ticarət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.

Trend-in məlumatına görə, bu barədə İndoneziya Xarici İşləri Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu məsələ İndoneziya vitse-prezidenti Maaruf Amin və Azərbaycanın Cakartadakı səfiri Cəlal Mirzəyev arasındakı görüş zamanı müzakirə edilib.

Məlumata əsasən, tərəflər müsəlmanlara yönəlmiş halal turizm sahəsində əməkdaşlığı müzakirə edib. Həmçinin, halal məhsulun qarşılıqlı ticarət dövriyyəsinin artırılması nəzərdən keçirilib.

Vitse-prezident Azərbaycanla qeyri-neft sektorunda ticarət dövriyyəsinin artmasına ümidvar olduğunu bildirib.

Azərbaycan səfiri öz növbəsində beynəlxalq səviyyədə ölkəyə göstərilən dəstəyə görə İndoneziyaya təşəkker edib.

Mənbə: az.trend.az