Avropa İttifaqı Şurası Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəlib - Şarl Mişel

Avropa İttifaqı Şurası Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəlib - Şarl Mişel<span class="qirmizi"></span>

Avropa İttifaqı Şurası Gürcüstanın Avropa perspektivini tanımaq qərarına gəlib və müəyyən edilmiş prioritetlər yerinə yetirilənkimi namizəd statusu verməyə hazırdır.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Şuranın prezidenti Şarl Mişel bildirib.

"Gürcü xalqını təbrik edirəm. Bu, Avropa İttifaqı ilə Gürcüstan münasibətlərində tarixi məqamdır: Gürcüstanın gələcəyi Avropa İttifaqındadır", - deyə Ş.Mişel yazıb.

Mənbə: az.trend.az