Norveç bu sistemləri Ukraynaya verir

Norveç Ukraynaya 3 ədəd M270 reaktiv yaylım atəş sistemi verəcək.

Axar.az xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi bəyanat yayıb.

Norveç müdafiə naziri Byorn Arild Qramın sözlərinə görə, Norveç anbarlarda olan sistemlərini verəcək:

“Texnikanın modernləşdirilməsinə ehtiyac var. Buna görə də Norveç Ukraynaya veriləcək texnikaların modernləşdirilməsi üçün Böyük Britaniya ilə razılığa gəlib”.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Bakının mərkəzində ağac qırılaraq maşının üstünə düşüb - VİDEO

SONRAKI XƏBƏR

"Azərsun" yüklərinin gecikməsilə bağlı Gürcüstan hökumətinə müraciət edib