Rusiyadan Ukraynaya yeni TƏKLİF: Ukrayna bunu etsə, müharibə dayanacaq

Rusiyadan Ukraynaya yeni TƏKLİF: Ukrayna bunu etsə, müharibə dayanacaq<span class="qirmizi"></span>

Müharibəyə son qoymaq üçün Rusiya Ukraynaya bir şərt təklif edib.

Press.az azxeber.com-a istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında gedən müharibə nəticəsində minlərlə əsgər və mülki vətəndaş həyatını itirərkən, bir çox yaşayış məntəqəsi dağıdılıb. Müharibənin davam etdiyi bir vaxtda Rusiya Ukraynada müharibəni yekunlaşdırmaq üçün yeganə şərti açıqlayıb. Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Ukrayna əsgərləri silahlarını yerə qoysalar, müharibə günün sonuna qədər bitə bilər.

Kremlin sözçüsü Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin müharibənin qışa qədər bitməsini istədiyi barədə açıqlamalarına da cavab verib:

"Ukrayna tərəfi günün sonuna qədər hər şeyi dayandıra bilər. Bunun üçün millətçi qoşunlara və Ukrayna ordusuna silahı yerə qoymaq əmri verilməli, Rusiya Federasiyasının şərtləri yerinə yetirilməlidir. Bu halda günün sonuna qədər müharibə bitə bilər. Bundan sonrası Ukrayna prezidentinin qərarıdır”.

 

Mənbə: press.az