Erməni deputat: “Rəsmi məlumatlara görə, noyabrın 10-dan bu yana 124 canlı itkimiz var”

Erməni deputat: “Rəsmi məlumatlara görə, noyabrın 10-dan bu yana 124 canlı itkimiz var”<span class="qirmizi"></span>

“İndi özləri də etiraf edirlər ki, ilkin şərtlər var, bu ilkin şərtlərlə türk erməninin qarşısında şərt qoyur. Bu hakimiyyət fəlakət gətirdi, biz onları uzaqlaşdırana qədər fəlakət gətirəcək”. Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının deputatı Aram Vardevanyan deyib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti insanları aldadadıb ki, münasibətlər ilkin şərtlər olmadan tənzimlənməlidir.

“Bugünkü səlahiyyətlilər dedilər ki, Qarabağ Ermənistandır, vəssalam. Bundan sonra faciə gətirdilər, amma sizə söz verdilər ki, Şuşa və Hadrutu “geri qaytaracaqlar” (işğal edəcəklər – red.). Qarabağın “öz müqəddəratını təyinetmə hüququ”ndan geri çəkilməyəcəklərinə, Minsk qrupu formatını saxlayacaqlarına söz verdilər, amma yenə də aldatdılar. Bu insanlar yalnız bir şeyi yaxşı bacarırlar, o da fırıladaqdır. Səlahiyyətlilər sizə sülh dövrü vəd etmişdilər, lakin rəsmi məlumatlara görə, noyabrın 10-dan bu yana 124 canlı itkimiz var”, - deyə Vardevanyan qeyd edib.

Alpər Mövludoğlu

 

Mənbə: ordu.az