PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”

PA rəsmisi: “Azərbaycan işğaldan azad edilmiş torpaqlarda su təsərrüfatını təkmilləşdirir”<span class="qirmizi"></span>

“Azərbaycan ərazilərinin, xüsusən də Zəngilanın işğalının mənfi nəticələrindən biri də Oxçuçayın çirklənməsidir”.

“Report”un müxbiri Zəngilandan xəbər verir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin Beynəlxalq təşkilatlarla İş sektorunun müdiri Həbib Mikayıllı “Su ehtiyatlarının davamlı idarə olunması üzrə tərəfdaşlığın və fəaliyyətlərin təşviqi” mövzusunda Beynəlxalq Su Konfransında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Oxçuçaya Ermənistanda fəaliyyət göstərən müəssisələrdən zəhərli tullantılar tökülüb: “Təəssüf ki, hətta bir beynəlxalq şirkət də bununla məşğul olub. Biz onun çayın təmizlənməsinə kömək etməsi məsələsini dəfələrlə qaldırmışıq”.

H.Mikayıllı vurğulayıb ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda müasir tarixdə ən böyük bərpaetmə işlərindən biri həyata keçirilir və buraya su idarəçiliyinin təkmilləşdirilməsi də daxildir.

Mənbə: report.az