Ermənilərin qorxuya düşməsinin səbəbi budur- Politoloq AÇIQLADI

“Nikol Paşinyan “Azərbaycan müharibəyə hazırlaşır” deməklə dünya ictimai rəyində bizə qarşı mənfi münasibət yaratmağa çalışır. Özlərini sülhsevər xalq kimi göstərmək istəyir...”

Bunu Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, Azərbaycan müharibə istəsəydi, Qarabağda nəhəng quruculuq işləri aparmazdı: “Biz sülh tərəfdarı olmasaydıq, Brüssel və Soçidə niyə danışıqlar aparırdıq?! Azərbaycan tərəfi hər zaman müzakirələrin danışıq və şəffaf olmasını istəyib. Dövlətimiz ordusunu ona görə gücləndirir ki, revanşist qüvvələrin qarşısını alsın. Biz müharibə istəmirik, ancaq hər zaman hazırıq. Ermənistan kimi qonşumuz olduğu üçün bu cür addımlar atırıq.”

Q.Hüseynli vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev “Dəmir Yumruğu” işarə etdikdə ermənilər qorxuya düşür: “İlham Əliyev bölgədə sülhün olması üçün dəfələrlə qarşı tərəfə səslənib. Ancaq onlar öz çirkin əməllərindən yenə də əl çəkmir. Ermənistan son zamanlar sərhəddə vəziyyəti gərginləşdirməyə başlayıb. Brüsseldə tərəflər anlaşaraq sülhün yaranması üçün müəyyən öhdəliklər götürdü. Ancaq daha sonra Paşinyan Moskvaya çağrıldı, ona bu razlışmanı pozması üçün göstərişlər verildi. İndi də Kəlbəcərlə sərhəddə insidentlər törətməyə başlayıblar. Həmçinin Ermənistanda olan bəzi deputatlar Qarabağa qanunsuz şəkildə keçirlər. Bunları edən ölkə bizi müharibəyə hazırlaşmaqda ittiham edir. Onlar təxribatlar törətdikcə Azərbaycan Ordusu silahlı dəstələrə daha ağır zərbələr endirir. Biz Ermənistanı sülhə məcbur etmək üçün müəyyən addımlar atırıq. Çünki bunları etməsək, qarşı tərəf daha da azğınlaşacaq. Ermənilər bu cür davranmaqla regionda vəziyyəti gərgin saxlamaq məqsədindədirlər. Ancaq Azərbaycan Ordusu onların bu xəyallarını ürəklərində qoyub”.

Rahib Ələsgərov

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda avtobus sürücüsü ilə sərnişin davası - Qadın ölümcül oldu - VİDEO

SONRAKI XƏBƏR

Britaniya Rusiyanın ikinci ən varlı adamına sanksiya tətbiq etdi