NATO sammitində Ukrayna Prezidenti ölkəsinə hərbi və maliyyə yardımını artırmağa çağırıb

NATO sammitində Ukrayna Prezidenti ölkəsinə hərbi və maliyyə yardımını artırmağa çağırıb<span class="qirmizi"></span>

İyunun 29-da Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Madriddə keçirilən sammitində videokonfrans vasitəsilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, V.Zelenski çıxışında Ukraynanın məruz qaldığı hərbi əməliyyatların digər ölkələrə, NATO-nun müttəfiqlərinə keçəcəyi təqdirdə, vəziyyət daha da pisləşə biləcəyini qeyd edib.

Ukrayna Prezidenti əlavə hərbi və maliyyə yardımı istəyib. O, ölkəsinin özünü müdafiə edə bilməsi üçün ayda 5 milyard dollara ehtiyacı olduğunu bildirib.

Mənbə: azertag.az