"Əslində Paşinyan erməni cəmiyyətinə anons verir ki..." - Fazil Mustafa

"Əslində Paşinyan erməni cəmiyyətinə anons verir ki..." - Fazil Mustafa<span class="qirmizi"></span>

“Nikol Paşinyan Ermənistan cəmiyyətinə anons verir ki, müharibəni ciddiyə alın. Azərbaycan müharibə etsə, bu dəfə erməni dövlətini silib-süpürəcək”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Fazil Mustafa Ermənistan baş naziri Nikol Paşinyanın son bəyanatını şərh edərkən deyib.

O əlavə edib ki, əslində söhbət erməni dövlətini silib-süpürməkdən deyil, tamamilə çökdürməkdən gedir: “Bunu da Azərbaycan edəcək. Ona görə də erməni cəmiyyətini real məcraya qaytarmaq üçün Paşinyan tərəfindən düşünülən addım atılır. Bunun da təsiri olacaq. Çünki erməni çağırışçıların Qarabağa gətirilməsi kimi informasiyalar gəzir. Azərbaycan mütləq bir zərbə vuracaq. Biz oturub gözləməyəcəyik ki, ora erməni qoşunlarını gətirsinlər və rus sülhməramlıların yanında avaralansın. Biz buna imkan verməyəcəyik”.

Deputatın fikrincə, Paşinyanın bəyanatı daha çox erməni cəmiyyətini reallığa qaytarmağı nəzərdə tutur: “Bunun da nəticəsi olacaq. Erməni cəmiyyəti Paşinyanın mesajlarını düzgün tutmalıdır”.

 

Mənbə: teleqraf.com