Həmsədrləri məhkəməyə verməliyik: onlar vəhşiliyin iştirakçılarıdır - Sabir Rüstəmxanlı - VİDEO

Həmsədrləri məhkəməyə verməliyik: onlar vəhşiliyin iştirakçılarıdır - Sabir Rüstəmxanlı - VİDEO<span class="qirmizi"></span>

"Bizim torpaqlarımıza, millətimizin mənəvi aləminə nə qədər ziyan vurulub. Düşündüm ki, 30 il ATƏT-in Minsk Qrupu buraya gəlib-gedib, bəs nəyə baxıblar, nəyi görüblər?!”.Bakupost.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib.

 

O təklif edib ki, ATƏT-in Minsk Qrupu məhkəməyə verilsin:

 

“ATƏT-in minsk qrupu Azərbaycan xalqına qarşı törədilmiş vəhşiliyin təkcə müşahidəçisi yox, həm də iştirakçısıdır. Torpaqlarımızın 25%-i onların gözü qarşısında işğal edilib, yüzlərlə kəndimiz, şəhərlərimiz onların gözü qarşısında dağıdılıb və talan edilib. Onlar bizim tarixi abidələrimizin necə dağıdıldığının, təhqir edildiyinin və təbiətimizin necə məhv edildiyinin şahidi olublar. Ermənilərin nə qədər insanlığa yaraşmayan vəhşilikləri varsa onların yekəxana susqunluqları və harın biganəlikləri şəraitində olub. Onlar dəfələrlə təmas xəttində olublar, doğma torpaqlarımızda, bizim getmək imkanlarımız olmayan yerlərini gəziblər. Bütün erməni alçaqlığını görərək susmaq, üstəgəl özünü barışdırıcı kimi aparmaq və Azərbaycanı güzəştə səsləmək özü də erməni vəhşilik və cinayətinə şərik olmaqdır. Bu ağır yükün altından heç bir beynəlxalq missiya çıxa bilməz. Bu işin ən yumşaq adı saxtakarlıq və biganəlikdir. Lakin cinayətə biganə münasibətin özü də hüquq aləmində cəzasız qala bilməz. Buna görə də biz bütün qarabağlılar və azərbaycanlılar adından bu saxtakar qurumu Beynəlxalq məhkəməyə verməliyik.

Onlar bilməlidirlər ki, təzədən bu münaqişənin həlli ilə bağlı hər hansı görüşə qatılmağa heç bir hüquqi və mənəvi haqları yoxdur".

Qarabağdakı quruculuq və bərpa işlərindən danışan S. Rüstəmxanll əlavə edib ki, Azərbaycanı sevən bütün qüvvələr bu işlərə cəlb olunmalıdır:

"Qarabağda görüləcək işlər də savaş kimi milli birlik tələb edir. Səbr, dözüm, kəməri möhkəm bərkitmək, vətəndaş fəallığı və s. Bu işə hər kəs əlindən gəldiyi qədər yardım etməlidir. Milyonerlərimiz, milyarderlərimiz var. Bu gün də ortaya çıxıb bu işə yardım etməyəcəklərsə, onların sərvətinin bir qara qəpik qiyməti yoxdur.

Bu bərpa işini hələ ki, Azərbaycan tək aparır. Buna baxmayaraq qısa müddətdə görülən işlər böyük dövlətlərin belə həsəd aparacağı səviyyədədir. Ancaq dünya müharibələrindən sonrakı quruculuq təcrübələrinə əsaslanaraq bizi sevən qonşu ölkələr, türk dünyası, islam ailəsi, avropa birliyi və böyük dövlətlər də bizə qoşulmalıdırlar. Qarabağın dağıdılması üçün ermənilərə silah satanlar bu gün də torpaqlarımızın bərpasına yardım etməlidirlər".

Daha ətraflı videodan izləyə bilərsiniz:

Mənbə: www.bakupost.az