Andrusiv: Əks-hücuma keçməyimiz mümkün deyil

Andrusiv: Əks-hücuma keçməyimiz mümkün deyil<span class="qirmizi"></span>

Ukrayna Silahlı Qüvvələri yayın sonuna qədər Rusiyanın hücumunu tamamilə dayandıra bilər. Lakin bu müddət ərzində ərazilərin işğaldan azad edilməsi inandırıcı deyil.

Axar.az xəbər verir ki, bunu Ukrayna daxili işlər nazirinin müşaviri Viktor Andrusiv deyib.

“Yaxın gələcəkdə Slavyansk şəhərinin işğalı və ya mühasirəyə alınması mümkün deyil, lakin atəşə tutulma təhlükəsi artır. Təəssüf ki, mülki infrastrukturun ciddi şəkildə atəşə tutulması təhlükəsi çox böyükdür. Ona görə də mən hər kəsi təxliyə etməyə çağırıram”.

Andrusiv yayda əks-hücumla bağlı proqnozları əsassız adlandırıb:

“Təəssüf ki, mən güclü əks-hücumlarımız üçün perspektiv görmürəm. Uğurlu əks-hücumlarımız, müəyyən irəliləyişlərimiz ola bilər. Çünki uğurlu əks-hücum iki komponentə əsaslanır: aviasiya və artilleriya. Təəssüf ki, burada bizə vəd ediləni görmürük. Ümid edirəm ki, rusların irəliləyişini dayandırmaq üçün kifayət qədər qüvvəmiz olacaq”.

Mənbə: axar.az