NATO zirvəsində Putini qəzəbləndirən mənzərə: Ərdoğan, Bayden və Conson...

NATO zirvəsində Putini qəzəbləndirən mənzərə: Ərdoğan, Bayden və Conson... <span class="qirmizi"></span>

 

Madriddə keçirilən NATO liderləri arasındakı toplantı zamanı ölkə rəhbərləri ayaqüstü söhbət ediblər.

Metbuat.az xəbər verir ki, toplantı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ-ın dövlət rəhbəri Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Conson arasındakı səmimi davranışlar diqqət çəkib. Ölkə rəhbərləri gülərək müzakirələr aparıblar. Söhbət zamanı Conson Ərdoğana türk dilində “çox gözəlsən” deyib. Ərdoğan da Consona eyni cavabı verib. Dialoq tərəfləri güldürüb.

Xarici KİV-lər səmimi dialoqu “Putini qəzəbləndirən mənzərə”, “Putin bu mənəzərəni görməsin” kimi başlıqlarla oxucularına çatdırıb.

 

 

Mənbə: metbuat.az