"Bu, bütün sivil dünyanın Rusiya ilə, onun hərbi-siyasi rəhbərliyi və ordusu ilə müharibəsidir..."

"Bu, bütün sivil dünyanın Rusiya ilə, onun hərbi-siyasi rəhbərliyi və ordusu ilə müharibəsidir..."<span class="qirmizi"></span>

"Bu, bütün sivil dünyanın Rusiya ilə, onun hərbi-siyasi rəhbərliyi və ordusu ilə müharibəsidir..."

"Putin xalqımıza qarşı hörmətsizlik, torpaqlarımızı qəsb etmək, rusiyalıların törətdikləri işgəncələrə ehtiras xəstəliyinə tutulub..."

"Rusiyanın itkiləri Ukraynanın itkilərindən çoxdur, amma silahlar və şəxsi heyətdə fərqimiz birın ona nisbətindədir..."

"Qərb ölkələrinin, ilk növbədə ABŞ-ın yardımı olmadan Rusiya ilə qarşıdurmada təkbətək tab gətirə bilməyəcəyik..."

Zelenski Putinin xəstəliyini açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Kreml liderinin əsas xəstəliyini açıqlayıb.

Moderator.az xəbər verir ki, bu barədə o, Amerikanın MBC telekanalına müsahibəsində danışıb.

Jurnalist Zelenskidən Rusiya prezidentinin xərçəng xəstəliyinə tutulması və ömrünə az qalması barədə gəzən şayiələri şərh etməyi xahiş edib.

"Düzünü desəm, Vladimir Putinlə nə baş verdiyini bilmirəm", - Ukrayna prezidenti deyib və əlavə edib ki, Kreml rəhbəri həqiqətən ciddi xəstəliyə tutulub, amma bu xəstəlik Qərb KİV-lərinin yazdıqlarından kökündən fərqlənir.

"Bu, bizim xalqımıza qarşı hörmətsizlik, torpaqlarımızı qəsb etmək, rusiyalıların törətdikləri işgəncələrə ehtiras xəstəliyidir. Bu, çox ağır və mürəkkəb xəstəlikdir və Kreml rəhbərinin ətrafında olanlar da eyni xəstəliyə düçar edilib", - Zelenski deyib.

O, qeyd edib ki, hazırda ukraynalı hərbçilər üçün cəhbədə çox çətindir, baxmayaraq ki, Rusiya Silahlı Qüvvələri çoxsaylı əsgər və texnika itkisinə məruz qalır, amma silahların və şəxsi heyətin sayına görə Ukrayna Silahlı Qüvvələrini üstələyir. Lakin Zelenski qeyd edib ki, Rusiya ordusu Ukrayna ordusundan daha çox itkilərə məruz qalır, həlak olan bir ukraynalı döyüşçüyə beş rusiyalı düşür, Ukrayna bir tank itirəndə, Rusiya beşini itirir.

"Gərək dürüst olaq və düzünü deyək, bizə həqiqətən çətindir. Çətindir ona görə ki, rəqəmlər fərqlidir, bizim bir tankımız qarşılığında onların on tankı var, bir döyüşçümüz onların on döyüşçüsü ilə üz-üzədir. Və biz nə qədər möhkəm olsaq da, on dəfə olan fərq çox çətindir", - Ukrayna prezidenti deyib.

O, qeyd edib ki, bütün bu çətinliklərə, cəbhənin bəzi hissələrində geriyə çəkilməyimizə rəğmən, Ukrayna hərbçiləri mətinliklə müdafiə olunmaqda davam edir, bəzi istiqamətlərdə isə əkshücuma keçir və irəliləyir.

Zelenski vurğulayıb ki, Ukrayna Qərb ölkələrinin yardımı olmadan Rusiya ilə qarşıdurmada tab gətirə bilməyəcək, əlavə edib ki, bu müharibə sivil dünyanın Rusiya Federasiyası ilə müharibəsidir.

"Rusiya ilə təkbətək, anlayıram ki, bizə çətin olacaq, yəqin ki, tab gətirə bilməyəcəyik. Ona görə də bizə Avropanın, ilk növbədə isə ABŞ-ın dəstəyi lazımdır...Bu, təkcə Ukraynanın Rusiya ilə müharibəsi deyil, bu, bütün sivil dünyanın Rusiya ilə, onun hərbi-siyasi rəhbərliyi ilə, onun ordusu ilə müharibəsidir. Biz təkbaşına bacara bilməyəcəyik, Allaha şükürlər olsun ki, bizə yardım edilir", - Zelenski bəyan edib.

Mənbə: moderator.az