Stoltenberq NATO-nun Madrid sammiti ilə bağlı: “Bu gün tarixi qərarlar veriləcək”

Stoltenberq NATO-nun Madrid sammiti ilə bağlı: “Bu gün tarixi qərarlar veriləcək”<span class="qirmizi"></span>

 

NATO sammitində İsveç və Finlandiyanın alyansa dəvət edilməsi, hərbi-siyasi blok üçün yeni Strateji Konsepsiyanın təsdiqi, mühafizə və müdafiə imkanlarının yaradılması, eləcə də Ukraynaya dəstək perspektivləri kimi tarixi qərarlar qəbul ediləcək.

Bunu Madriddə keçirilən sammitin əsas gününün açılışından əvvəl jurnalistlərə açıqlamasında NATO-nun Baş katibi Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, 2010-cu ildə Lissabon sammitində qəbul edilmiş hazırkı NATO Strateji Konsepsiyası dəyişikliklərə məruz qalacaq.

Stoltenberq xatırladıb ki, əvvəlki sənəddə Çinin adı çəkilməyib, Rusiya isə strateji tərəfdaş kimi qəbul edilib.

Bununla belə sənədin yeni variantında Rusiya təhlükəsizliyə “birbaşa təhdid”, Çin isə alyansın “dəyərlərinə və maraqlarına meydan oxuyan” kimi təsnifatlandırılacaq”, - deyə baş katib bildirib.

Mənbə: Anadolu

Mənbə: www.oxu.az