““Qarabağa qayıdış” filmi Fransanın ən nüfuzlu telekanallarından biri tərəfindən çəkilib” - Zöhrabyan

““Qarabağa qayıdış” filmi Fransanın ən nüfuzlu telekanallarından biri tərəfindən çəkilib” - Zöhrabyan<span class="qirmizi"></span>

 

“Bu günlərdə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi “Qarabağa qayıdış” adlı bir filmin nümayişini təşkil edib”. Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Naira Zöhrabyan deyib.

“Mənim üçün ən kədərlisi o idi ki, film Fransanın ən nüfuzlu telekanallarından biri tərəfindən çəkilib. Filmə Azərbaycan səfirliyi və azərbaycanlı olan tanınmış şəxslər sponsorluq edib. Fransadakı erməni icmasının və Daşnaksütun təşkilatının gəncləri nümayişə mane olmaq üçün həmin mədəniyyət mərkəzinə daxil olmaq istəyəndə müəyyən toqquşma oldu”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az