Putin Arxadağa bunları hədiyyə etdi

Putin Arxadağa bunları   <span class="qirmizi">hədiyyə etdi</span>

Rusiya Prezidenti Vladimir Putin Türkmənistanın keçmiş prezidenti Qurbanqulu Berdiməhəmmədova Zlatoustovsk ustalarının hazırladığı şahmat, iki qılınc və “Geri qayıdan atlı” heykəlini hədiyyə edib.

Axar.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, heykəli məşhur rus heykəltəraşı Yevgeni Lanseryenin nəvəsi hazırlayıb.

Qeyd edək ki, Putin Xəzəryanı dövlətlərin sammitində iştirak etmək üçün Aşqabad şəhərində səfərdədir.

Mənbə: axar.az