“Hraparak”: Bu oğlan yaxası açıq şəkildə gəlib deyib ki, biz sülh gündəmini rəhbər tuturuq, əsgər paltarı geyinmirik

“Hraparak”: Bu oğlan yaxası açıq şəkildə gəlib deyib ki, biz sülh gündəmini rəhbər tuturuq, əsgər paltarı geyinmirik<span class="qirmizi"></span>

 

Ermənistan müdafiə naziri Suren Papikyan MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib. Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Qeyd olunub ki, sıravi əsgər belə görüşdə iştirak etsəydi, uniformanın düyməsini bağlamadığına görə cəzalandırılardı.

“Hərbçinin xarici görünüşündən onun xidmətə qarşı təsəvvürləri və məsuliyyəti haqqında fikir formalaşdırmaq olar. İndi deyəcəksiniz ki, qarın kostyumun düyməsini bağlamağa imkan vermir. Yaxşı, 50 min dollarlıq kürəkən dövləti biabır etməmək üçün bir “razmer” böyük kostyum ala bilmirdi? Onun 8 hərbçinin yanında mülki geyimdə dayandığını hələ demirəm. Fərqli şərh edirlər, lakin bir versiyanı nəzərə almırlar. Bu oğlan yaxası açıq şəkildə gəlib deyib ki, biz sülh gündəmini rəhbər tuturuq, əsgər paltarı geyinmirik”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az