“Bilmirəm, xəbərim yoxdur...” – Rumen Radev

Bolqarıstan Prezidenti Rumen Radev Rusiya diplomatik missiyasının 70 əməkdaşının ölkədən çıxarılması qərarından xəbərsiz olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, o, bu sözləri Madriddə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mən rus diplomatlarının Bolqarıstandan çıxarılması qərarını müzakirə edə bilmərəm, çünki məndə lazımi məlumat yoxdur”, - deyə TASS Radevdən sitat gətirib.

O, istefaya göndərilən hökumət başçısı Kiril Petkovun bu qərarı “səliqəli və etibarlı məlumatlar əsasında” qəbul etdiyinə və nəticələrini yaxşı düşündüyünə ümid etdiyini bildirib.

Qeyd edək ki, iyunun 28-də Sofiya 70 rusiyalı diplomatı və səfirliyin texniki personalını ölkədən çıxardığını açıqlanıb.

 

Səxavət

 

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Boris Conson Ərdoğanla türkcə zarafatlaşdı, Bayden güldü - VİDEO

SONRAKI XƏBƏR

Buzlar əridi, qorxunc mənzərə üzə çıxdı – Dünya ağır sınaq qarşısında