Conson Aİ və NATO başçıları ilə şam yeməyi zamanı protokol qaydasını pozub - VİDEO

Conson Aİ və NATO başçıları ilə şam yeməyi zamanı protokol qaydasını pozub - VİDEO<span class="qirmizi"></span>

 

Böyük Britaniyanın Baş naziri Boris Conson İspaniyanın Madrid şəhərində Avropa İttifaqı və NATO başçıları ilə şam yeməyi zamanı protokol öhdəliklərini pozub.

Şam yeməyi Madriddəki Prado Milli Muzeyində alyansın sammiti münasibətilə təşkil olunub.

Belə ki, şam yeməyindən əvvəl Pinakotekdə Aİ və NATO dövlət və hökumət başçıları söhbət ediblər. Bu zaman Boris Conson “tərəddüd etmədən” zalda tək gəzməyə və sərgilənən rəsmlərə baxmağa başlayıb.

 

Mənbə: 20minutos

Mənbə: www.oxu.az