“Lavrov Bakıda “Dağlıq Qarabağ”, “münaqişə”, “müharibə” ifadələrini işlətmədi” - Aşotyan

“Lavrov Bakıda “Dağlıq Qarabağ”, “münaqişə”, “müharibə” ifadələrini işlətmədi” - Aşotyan<span class="qirmizi"></span>

 

“Lavrov-Bayramov mətbuat konfransından çox ağır təəssürat aldım”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan yazıb.

Aşotyan bildirib ki, Lavrov Bakıda “Dağlıq Qarabağ”, “münaqişə”, “müharibə” ifadələrini işlətməyib.

“Regional və qlobal hadisələrin burulğanında bizə ali kapitulyantın başçılığı altında Ermənistanın maraqlarını riyakarcasına israf edən və satan bir rejim rəhbərlik etməyə davam edir. Danılmaz faktlar. 1) Rusiyanın xarici işlər naziri Lavrov Bakıda bəyan edib ki, müharibədən sonra vəziyyət dəyişib, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən hazırlanmış sənədlər geridə qalıb. 2) Lavrov Bakıda bəyan edib ki, Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Qərbin təşəbbüsü ilə ATƏT-in Minsk qrupunun fəaliyyəti dayandırılıb. 3) Lavrov Bakıda “Dağlıq Qarabağ” (əvəzinə Qarabağ), “münaqişə” (əvəzinə münaqişədən sonrakı vəziyyət), “müharibə” (əvəzinə hadisələr) ifadələrini işlətmədi”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az