“Müharibə ilin sonuna qədər bitməyəcək” – Pentaqondan Zelenskiyə

“Müharibə ilin sonuna qədər bitməyəcək” – Pentaqondan Zelenskiyə<span class="qirmizi"></span>

 

ABŞ Ukraynadakı müharibənin ilin sonuna qədər bitməsi ehtimalını görmür.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi deyib.

“İstərdik ki, müharibə bu gün bitsin. Əgər Putin düzgün addım atsa, müharibə bu gün bitə bilər. Amma Putin danışıqlar aparmaq niyyəti nümayiş etdirmir. Ukraynaya hücumu davam etdirmək və hərbi məqsədlərə nail olmaq niyyətində olduğunu göstərir”, - Kirbi bildirib.

O vurğulayıb ki, Vaşinqton Ukraynaya müdafiəsini gücləndirmək üçün köməyə davam edəcək.

G7 sammitində çıxışı zamanı Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə müharibəni ilin sonuna qədər bitirmək istədiyini bildirib.

Mənbə: teleqraf.com