Nüvə müharibəsi təhlükəsi reallığa çevrilir: Lukaşenko Rusiyaya çağırış etdi

 

“Biz hələ yarım addım atmışıq. Onlar isə uçur və məşq edirlər. Niyə təlim keçirlər, nüvə qəlibləri daşıyırlar? Bunu ona görə edirlər ki, təyyarəyə nüvə bombası qoyub, lazım bildikləri yerə atsınlar. Biz hələ onlara adekvat cavab verməmişik”.

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

Belarus prezidentinin sözlərinə görə, Qərb nüvə silahı olmayan ölkələrin pilotlarına nüvə silahı üçün nəzərdə tutulmuş təyyarələri idarə etməyə icazə verir, bu isə beynəlxalq müqaviləni pozmaqdır.

“Biz hələ bunu etməmişik. Ancaq biz hazır olmalıyıq”, - A.Lukaşenko əlavə edib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenko ilə görüşündə bəyan etmişdi ki, Rusiya yaxın aylarda müttəfiqi Belarusa nüvə silahı daşıya bilən raket kompleksləri göndərəcək.

Mənbə: BELTA

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Üç məhkəmə hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildi - SƏRƏNCAM

SONRAKI XƏBƏR

Azərbaycanlılar nə vaxt kabinetdən çıxdığımı belə bilirlər - ARAYİK QORXU İÇİNDƏDİR