Azərbaycanlılar nə vaxt kabinetdən çıxdığımı belə bilirlər - ARAYİK QORXU İÇİNDƏDİR

Hazırda Rusiya hərbiçilərinin nəzarəti altında qalan Azərbaycan ərazilərində fəaliyyətini sözdə də olsa davam etdirən separatçı rejim təmsilçiləri arasında Laçın rayonu və Zabux kəndinin boşaldılması ilə bağlı ciddi narahatlıqlar hökm sürməkdədir.

Separatçı rejim təmsilçiləri Zabuxu boşaltmaq istəmədiklərini bəyan edirlər.

Hafta.az xəbər verir ki, bu məsələ ilə bağlı separatçıların rəhbəri Arayik Arutyunyanın fikirləri daha maraqlıdır: 

“Biz bəyanatın 6-cı bəndini yerinə yetirməkdən imtina edə bilərik, lakin bunun nəticələrini müzakirə etməliyik. Mən də Laçından çıxmaq siyasətinə qarşıyam, amma...Təəssüflər olsun ki, ölkədə elə bir xain şəbəkə var ki, azərbaycanlılar hətta mənim kabinetdən çıxıb parlamentə nə vaxt gəldiyimi bilirlər”.

Hafta.az

ƏVVƏLKİ XƏBƏR

Nüvə müharibəsi təhlükəsi reallığa çevrilir: Lukaşenko Rusiyaya çağırış etdi

SONRAKI XƏBƏR

Bayden: “Rusiya ilə Çinin təhdid olduğunu bəyan etdik”