Türkiyə lideri: "İsveç və Finlandiya ilə imzalanan razılaşma sadəcə başlanğıcdır"

“Finlandiya və İsveçlə imzalanan anlaşma memorandumu bir başlanğıcdır, dəvətdir. Əsl olan verilən sözlərin həyata keçirilməsidir”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bundan sonrakı prosesdə anlaşma memorandumunda qeyd olunan xüsusların tətbiq olunmasını diqqətlə izləyəcəyik və addımlarımızı buna uyğun atacağıq”, - dövlət başçısı bildirib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bu məhsulların satışından ƏDV tutulmayacaq - RƏSMİ

SONRAKI XƏBƏR

Qarabağ erməniləri bununla razılaşıb – Araik Arutyunyan