Ərdoğanla Consonun daha bir dialoqu maraqla qarşılandı - VİDEO

Xəbər verdiyimiz kimi, İspaniyanın paytaxtı Madriddə NATO sammiti keçirilib. Sammit zamanı 30 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də alyansın digər əsas tərəfdaşları bir araya gəlib.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Böyük Britaniyanın Baş naziri Boris Conson arasında daha bir səmimi dialoq maraqla qarşılanıb.

Belə ki, sammitin bağlanış mərasiminə gələn Ərdoğan Boris Consona yaxınlaşdıqda Böyük Britaniyanın Baş naziri onu "Necəsən, dostum?" deyərək qarşılayır. Liderlər dialoqlarını bir-birilərinin əhvalı soruşaraq davam etdirirlər.

Xatırladaq ki, sammitin açılış mərasimində də Ərdoğanla Conson arasında türk dilində keçən maraqlı dialoq kameralardan yayınmayıb.

 

Milli.Az

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Bu gün müğənni Aysunun toyudur - VİDEO

SONRAKI XƏBƏR

“Zaurun verilişi dayandırılıb, kanal cəzalandırılmalıdır” - Qalmaqallı məsələnin qanuni tərəfi