Putin G7 liderlərini lağa qoydu - "Nə qədər soyunacaqlarını..."

Putin G7 liderlərini lağa qoydu -    <span class="qirmizi">"Nə qədər soyunacaqlarını..."</span>

G7 Sammitində Rusiya lideri Putinin üstü çılpaq at sürərkən çəkilmiş fotolarını liderlərin ələ salmasına Putindən cavab gəlib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, üç günlük G7 Sammitinin ilk günündə mətbuat mənsubları qarşısına çıxan liderlər Rusiya prezidenti Vladimir Putinin aqressiv və sərt davranışlarını ələ salıblar.

Fotosessiya zamanı İngiltərənin baş naziri Boris Conson soyunmağa ehtiyac olub-olmadıqlarını soruşduqda, Kanadanın baş naziri Castin Trüdo Putinin üstü çılpaq fotolarına istinad edərək, “Bəlkə üst geyimsiz ata minək?” deyib.

Liderlərin bəziləri pencəklərini, bəziləri qalstuklarını çıxarıb köynəklərinin düyməsini açarkən, Boris Consonun “Putindən daha sərt olduğumuzu göstərməliyik, gəlin ona əzələlərimizi göstərək” deməsi liderləri güldürüb.

Rusiya lideri Putin onu ələ salan G7 liderlərinə cavab verib.

O, jurnalistlərə açıqlamasında qərbli həmkarları haqqında deyib:

“Nə qədər soyunacaqlarını bilmirəm, amma hər halda bərbad görüntü olardı”.

"Həddindən artıq spirtli içki və digər pis vərdişlərdən uzaq durmaq, idman etmək lazımdır" deyərək onu ələ salan G7 liderlərinə tövsiyə də verib.

Mənbə: manset.az