Bayden: “Putin NATO-nu zəiflətməyə çalışdı, lakin indi heç istəmədiyi şeyləri görür”

Putin Transatlantik alyansı parçalaya biləcəyini düşünürdü.

Bu barədə ABŞ Prezidenti Co Bayden NATO-nun Madrid Sammitinin yekunlarına dair brifinqdə bildirib.

“O (Putin), bizi zəiflətməyə çalışdı. Bizim əzmimizin sınacağını gözlədi, lakin indi heç istəmədiyi şeyləri görür”, - Bayden əlavə edib.

ABŞ lideri vurğulayıb ki, müttəfiqlər indi heç vaxt olmadıqları qədər yaxın və birlikdədir.

“İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə biz daha da güclənəcəyik. Bu iki ölkənin ciddi hərbi gücü var”, - Bayden diqqətə çatdırıb.

APA

Pravda.az

ƏVVƏLKİ XƏBƏR

Balıqçılar nadir balıq tutub, 17 min dollara satıblar

SONRAKI XƏBƏR

Bayden Türkiyəyə F-16 satılması ilə bağlı mövqeyini AÇIQLADI