Laçındakı ermənilər çaxnaşmaya düşdülər

Azərbaycanın Laçın rayonunun mərkəzində qanunsuz yaşayan ermənilərin sayı açıqlanıb.
Press.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Laçın şəhərində qanunsuz yaradılan erməni icmasının başçısı Narek Aleksanyan bildirib.
Onun sözlərinə görə, Laçın şəhərində 50-yə yaxın ailə, təxminən 180 nəfər erməni yaşayır.

Narek Aleksanyanın sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın son mətbuat konfransındakı açıqlamaları onları çaxnaşmaya salıb.

Xatırladaq ki, Paşinyan həmin açıqlamasında Laçın şəhərindəki ermənilərin oradan çıxarılacağını söyləyib.

Press.az

ƏVVƏLKİ XƏBƏR

NATO-ya dəvət edilən İsveç və Finlandiya üçün rəsmi imza tarixi açıqlandı

SONRAKI XƏBƏR

Azərbaycanda ər studiyada ağlayaraq arvadının axtarışına çıxdı - VİDEO