"Biz bu məsələni balanslaşdırılmış siyasət əsasında həll etməyə cəhd göstəririk"

"Biz bu məsələni balanslaşdırılmış siyasət əsasında həll etməyə cəhd göstəririk"<span class="qirmizi"></span>

"Biz bu məsələni balanslaşdırılmış siyasət əsasında həll etməyə cəhd göstəririk"

"Ukrayna Qara dəniz vasitəsilə milyonlarla ton taxılın çıxarılmasına təhlükəsizlik zəmanətləri ilə bağlı Türkiyəyə müraciət edib"

"İstanbulda Türkiyə-Rusiya-BMT görüşü baş tuta bilər"

Tərəflər taxılın Ukrayna limanlarından çıxarılması haqqında sazişə yaxınlaşıb

Ukrayna Qara dəniz vasitəsilə milyonlarla ton taxılın ehtiyacı olanlara çatdırılması üçün Rusiya ilə sövdələşməni blokdan çıxarmağa imkan verən təhlükəsizlik zəmanətləri üçün Türkiyəyə müraciət edib.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Kiyevdə hökumət məmuru nəşrə məlumat verib ki, hazırda blokadada olan Ukrayna limanlarını açmağa və taxıl yüklənən gəmilərin suların bu rayonda minalardan təmizlənmədən şıxmasına imkan verən plan müzakirə edilir.

Hazırda Türkiyə və ya NATO-ya daxil olan başqa dövlət tərəfindən veriləcək təhlükəsizlik zəmanətləri böyük ehtimalla sövdələşmənin çatışmayan elementidir.

Əgər bütün tərəflər razılığa gələ bilsə, o zaman bu plan bir neçə gün ərzində baş tuta bilər, - məmur belə deyib.

O, xəbərdarlıq edib ki, nəzərə alsaq ki, danışıqlar çox incə və mürəkkəbdir, "son dərəcə nikbin olmaq hələ tez ola bilər". Lakin son günlər Türkiyə və İtaliya liderlərinin pozitiv bəyanatları fonunda potensial sövdələşmənin Kiyevin gördüyü konturları meydana çıxıb.

Rusiya tərəfindən 20 milyondan çox taxılın Ukraynada blok edilməsi beynəlxalq ərzaq böhranını Ukraynadan taxıl tədarükündən ən cox asılı olan Şimali Afrika və Yaxın Şərq ölkələri üçün fövqəladə aclıq vəziyyətinə çevirə bilər.

Rusiyanın hərbi müdaxiləsindən öncə Ukrayna ixracının 90 faizi Qara dənizin Odessa və Mariupol limanları vasitəsilə həyata keçirilib.

Müharibə Mariupolu dağıdıb və bu da Ukrayna hakimiyyətini Rusiyanın hücumlarına hazırlaşmaq üçün Odessa ətrafında müdafiə üçün minaları yerləşdirməyə vadar edib.

BMT Qara dənizdə müdafiə olunan gəmi yollarının açılmasına təkid edir ki, ölkə yenidən öz taxılını ixrac edə bilsin. Lakin Kiyevin rəsmi şəxsləri, həmçinin Qərb hökumətləri Rusiyanın Odessa limanının açılışından hücum üçün istifadə edəcəyindən ehtiyat edir.

Bu həftə İtaliyanın baş naziri Mario Draqi irəliləyişin yaxın olmasına eyham vurub. O, deyib ki, elə bir potensial sövdələşmə imzalana bilər ki, Ukraynadan minaların təmizlənməsi tələb olunmaya bilər və bu saziş, əsasən, "Kremlin qəti razılığından" asılıdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində ABŞ prezidenti Co Baydenlə danışıqları zamanı sazişə nail olunması perspektivləri ilə bağlı nikbinlik ifadə edib.

"Biz bu məsələni balanslaşdırılmış siyasət əsasında həll etməyə cəhd göstəririk, - Ərdoğan deyib. - Biz ümid edirik ki, belə balanslı siyasət nəticə verəcək və hazırda taxıl qıtlığı olan ölkələrə dəhliz vasitəsilə taxılın tez bir zamanda çatdırılmasına imkan yaradacaq".

Ukraynalı məmur güman edir ki, Türkiyə özü Ukrayna taxılının tədarükü üçün lazımi zəmanətləri verə bilərdi.

Bundan öncə Kiyev güman edib ki, BMT kommersiya gəmilərinin Qara dənizdə təhlükəsiz keçidində rol oynaya bilər. Bu ideya, deyəsən, aradan qalxıb.

"BMT, sadəcə, bu sövdələşmədə vasitəçidir", - ukrayalı məmur deyib.

Hazırda Kiyev milli səviyyədə-Türkiyədən və ya başqa dövlətdən təhlükəsizlik zəmanətləri axtarışındadır".

Məmur əlavə edib ki, belə rol oynaya biləcək ölkələrin əksəriyyəti "NATO ölkələridir".

Ukraynalı məmur deyib ki, saziş "bu gün və ya heç vaxt" imzalana bilər, hər şey siyasətdən asılıdır.

Eyni zamanda,əgər tərəflər "anlaşa bilsə", saziş "bir neçə gün ərzində" bağlana bilər, o, əlavə edib.

Rusiya ilə Ukrayna arasında danışıqları koordinasiya etməyə cəhd göstərən Türkiyə ötən həftə Qara dəniz vasitəsilə təhlükəsiz keçid haqqında danışıqlar üçün hərbi nümayəndə heyətini Moskvaya göndərib.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib ki, "tərəflər razı olsalar, biz İstanbulda Türkiyə-Rusiya-BMT görüşünü keçirəcəyik". O, əlavə edib ki, Ankara bu görüşün "tez bir zamanda" keçiriləcəyinə ümid edir.

Mənbə: moderator.az